Türkiyədə hakim partiyanın deputatı zəlzələ nəticəsində həlak olub

Türkiyədə hakim partiyanın deputatı zəlzələ nəticəsində həlak olub

Bakı. TurkicWorld:

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) deputatı Yakup Taş Türkiyədə baş verən zəlzələdə dağıntılar altında qalaraq həlak olub.

TurkicWorld bu barədə Türkiyə KİV-nə istinadən xəbər verir.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Xeyli sayda insan həlak olub və yaralanıb.