Zəlzələ bölgələrinə 850 ton humanitar yardım və 12 839 nəfər axtarış-xilasetmə qrupu çatdırılıb

Zəlzələ bölgələrinə 850 ton humanitar yardım və 12 839 nəfər axtarış-xilasetmə qrupu çatdırılıb

Bakı. TurkicWorld:

Türk Hava Yolları (THY) Kahramanmaraş mərkəzli zəlzələlərdən zərər çəkən bölgələrə 850 ton humanitar yardım və 12 min 839 nəfərdən ibarət axtarış-xilasetmə qrupu çatdırıb.

TurkicWorld-in məlumatına görə bu barədə Türk Hava Yollarının mətbuat müşaviri Yəhya Üstün sosial media hesabında bildirib.

"13 yük təyyarəsi ilə həyata keçirdiyimiz uçuşlarda zəlzələ bölgəsinə 850 ton humanitar yardım və texnika göndərdik. 89 humanitar yardım uçuşumuzla 12 min 839 nəfərlik axtarış-xilasetmə qrupunu zəlzələ bölgəsinə çatdırdıq", - deyə qeyd edilib.

Xatırladaq ki, ötən gün Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Zəlzələ nəticəsində ölənlərin sayı 3 549 nəfərə çatıb, daha 21 103 nəfər yaralanıb.