Türkiyədə zəlzələ bölgəsindən azərbaycanlıların təxliyəsi başlayır

Türkiyədə zəlzələ bölgəsindən azərbaycanlıların təxliyəsi başlayır

Bakı. TurkicWorld:

Azərbaycanın Türkiyədəki səfirliyi zəlzələ bölgəsindəki azərbaycanılara müraciət edib.

TurkicWorld-in məlumatına görə, bu barədə səfirliyin sosial media hesabında bildirilib.

Qeyd edilib ki, zəlzələ bölgəsindəki Azərbaycan vətəndaşlarının təxliyəsi üçün avtobuslar ayrılıb.

Avtobuslar 7 fevral saat 15:00-da siyahıda qeyd edilən təyinat nöqtələrində olacaq.

Xatırladaq ki, dünən Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Zəlzələ nəticəsində ölənlərin sayı 3419 nəfərə, yaralıların sayı isə 20534 nəfərə çatıb. 8 mindən çox şəxs dağıntılar altından xilas edilib.