Türkiyə yardım üçün Azərbaycan vətəndaşlarına müraciət etdi

Türkiyə yardım üçün Azərbaycan vətəndaşlarına müraciət etdi

Bakı. TurkicWorld:

Türkiyənin Bakıdakı səfirliyi və Naxçıvandakı Baş konsulluğu yardım üçün Azərbaycan vətəndaşlarına müraciət edib.

TurkicWorld-in məlumatına görə, müraciətdə bildirilib ki, zəlzələdən əziyyət çəkən vətəndaşlara müxtəlif ləvazimatlar lazımdır.

Yardımlar Bakıda "Doğtaş" mebel mağazasında toplanır.

Bundan başqa əşyalar şəxsən və ya karqo yolu ilə Naxçıvandakı Baş konsulluğa çatdırıla bilər.

Ünvan: Naxçıvan şəhəri Heydər Əliyev prospekti 17

Xatırladaq ki, ötən gün Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Zəlzələ nəticəsində ölənlərin sayı 3381 nəfərə çatıb, daha 20426 nəfər yaralanıb.