Türkiyədə bayraqlar yarıya endirildi

Türkiyədə bayraqlar yarıya endirildi

Bakı. TurkicWorld:

Ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, episentri Kahramanmaraşın Pazarcık və Elbistan rayonları olan və 10 əyaləti əhatə edən 7,7 və 7,6 bal gücündə zəlzələlər səbəbilə 7 günlük milli matəm elan edildiyini açıqladı

TurkicWorld-in məlumatına görə, fevralın 12-si bazar gününədək bütün ölkədə və xarici nümayəndəliklərdə bayraqlar günəş batana qədər yarıya qədər endirilib.

Xatırladaq ki, ötən gün Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Zəlzələ nəticəsində ölənlərin sayı 2921-ə çatıb, daha 15 834 nəfər yaralanıb.