Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 3381 nəfərə çatıb

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı  3381 nəfərə çatıb

Bakı. TurkicWorld:

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 3381 nəfərə yüksəlib.

TurkicWorld-in Türkiyə KİV-lərinə istinadən bildirir.

"7,7 bal gücündə baş verən zəlzələdə ölənlərin sayı nəfər 3381 nəfərə yüksəlib ", - deyə qeyd edilib.

Xatırladaq ki,dünən Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.