Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 2921 nəfərə çatıb

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 2921 nəfərə çatıb

Bakı. TurkicWorld:

Türkiyədə baş verən dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 2921-ə çatıb.

TurkicWorld-in məlumatına görə, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) rəhbəri Yunus Sezar deyib.

Onun sözlərinə görə, daha 15 834 nəfər yaralanıb.

Bundan əvvəl Türkiyənin vitse-prezidenti Fuat Oktay dağıntılar altından ümumilikdə 7840 nəfərin çıxarıldığını bildirib.

F.Oktay əlavə edib ki, 338 min nəfər yataqxana, universitet və sığınacaqlarda yerləşdirilib.

Xatırladaq ki, bu gün Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.