Bayden Türkiyədə baş verən zəlzələ ilə bağlı Ərdoğana başsağlığı verib

Bayden Türkiyədə baş verən zəlzələ ilə bağlı Ərdoğana başsağlığı verib

Bakı. TurkicWorld:

ABŞ prezidenti Co Bayden Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.

TurkicWorld-in məlumatına görə, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi bildirib.

Məlumata əsasən, Bayden ölkənin cənubunda baş verən dağıdıcı zəlzələ nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar başsağlığı verib.

ABŞ prezidenti təbii fəlakətdən zərər çəkənlərin tezliklə sağalmasını arzulayıb.