Türkiyədə zəlzələyə görə 7 gün milli matəm elan edilib

Türkiyədə zəlzələyə görə 7 gün milli matəm elan edilib

Bakı. TurkicWorld:

Türkiyədə zəlzələyə görə 7 gün milli matəm elan edildi.

TurkicWorld-in məlumatına görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Xatırladaq ki, bu gün Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.