Azərbaycan xilasediciləri Türkiyədə zəlzələ bölgəsinə yola düşüb

Azərbaycan xilasediciləri Türkiyədə zəlzələ bölgəsinə yola düşüb

Bakı. TurkicWorld

Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə yola salınmış Fövqəladə Hallar Nazirliyinin (FHN) çevik xilasetmə qüvvələri Adanada AFAD binasına yönləndirilib.

TurkicWorld bu barədə Türkiyə KİV-nə istinadən bildirir.

Qeyd edilib ki, 420 nəfərdən ibarət komanda Hatay şəhər mərkəzində və İsgəndərunda fəaliyyət göstərəcək.

4 axtarış-xilasetmə itinin də daxil olacağı qrup, dağıntılardakı axtarış-xilasetmə və dağıntıların təmizlənməsi fəaliyyətlərinə dəstək verəcək.

Heyət artıq zəlzələ bölgəsinə doğru yola düşüb.