Malatyada dörd azərbaycanlı tələbə barədə xəbər yoxdur - Səfir

Malatyada dörd azərbaycanlı tələbə barədə xəbər yoxdur - Səfir

Bakı. TurkicWorld:

Malatyada dörd azərbaycanlı tələbə barədə xəbər yoxdur.

TurkicWorld-in məlumatına görə, bunu Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov AZTV-yə müsahibəsində deyib.

"Kahramanmaraşda 100 tələbəmiz var. Onlarla əlaqə yaratmışıq, hamısı qaydasındadır. Təəssüflər olsun ki, Malatyada binanın çökməsi nəticəsində orada yaşayan 4 azərbaycanlı tələbə itkin düşüb. Onlardan hələ xəbər ala bilməmişik", - səfir bildirib.

Xatırladaq ki, bu gün Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Son məlumatlara görə, zəlzələ nəticəsində 1 541 nəfər həyatını itirib, 9 733 nəfər yaralanıb.