Türkiyədə bütün orta məktəblər bir həftə müddətinə bağlanıb

Türkiyədə bütün orta məktəblər bir həftə müddətinə bağlanıb

Bakı. TurkicWorld:

Türkiyədə bütün orta məktəblər bir həftə müddətinə bağlanıb.

TurkicWorld bu barədə Türkiyə KİV-nə istinadən xəbər verir.

Bildirilir ki, ölkədə baş verən zəlzələ səbəbindən bütün ölkə ərazisində orta məktəblər tətilə bağlanıb.

Xatırladaq ki, bu gün Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Son məlumatlara görə, zəlzələ nəticəsində 1121 nəfər həyatını itirib, 7 634 nəfər yaralanıb, 2 834 bina dağılıb.