Türkiyədəki zəlzələdə ölənlərin sayı 284-ə çatıb, 2323 nəfər isə yaralanıb

Türkiyədəki zəlzələdə ölənlərin sayı 284-ə çatıb, 2323 nəfər isə yaralanıb

Bakı. TurkicWorld:

Türkiyədə baş verən zəlzələ nəticəsində ölənlərin və yaralananların sayı artıb.

TurkicWorld xəbər verir ki, zəlzələ nəticəsində ölənlərin sayı 284-ə çatıb, 2323 nəfər isə yaralanıb.

Xatırladaq ki, zəlzələnin ocağı Kahramanmaraş şəhərinin Pazarcık rayonu ərazisində 7 km dərinlikdə olub. Zəlzələ nəticəsində Diyarbəkir, Malatya, Osmaniye və Şanlıurfa əyalətlərində ciddi dağıntılar var.