Zələzələ nəticəsində ölənlərin sayının artacağı ehtimal edilir - Fuat Oktay

Zələzələ nəticəsində ölənlərin sayının artacağı ehtimal edilir - Fuat Oktay

Bakı. TurkicWorld :

Kahramanmaraşda zəlzələ nəticəsində 70 nəfər həyatını itirib. Bu sayını artacağını təxmin edirik.

TurkicWorld -in məlumatına görə, bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay deyib.

Qeyd edək ki, bu gün Türkiyədə 7.4 maqnitudalı zəlzələ olub. Türkiyədə zəlzələdə ölənlərin sayı 70 nəfəri keçib, 440 nəfər yaralı var.

Zəlzələnin ocağı Kahramanmaraş şəhərinin Pazarcık rayonu ərazisində 7 km dərinlikdə olub. Zəlzələ nəticəsində Diyarbəkir, Malatya, Osmaniye və Şanlıurfa əyalətlərində ciddi dağıntılar var.