Türkiyə ordusu Suriyada 3 terrorçunu zərərsizləşdirib

Türkiyə ordusu Suriyada 3 terrorçunu zərərsizləşdirib

Bakı. TurkicWorld

Türkiyə ordusu "PKK-YPG" terror təşkilatının Suriya qanadının 3 silahlısını zərərsizləşdirib.

TurkicWorld -in məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi bildirib.

Məlumata əsasən, PKK/YPG terrorçuları Suriyanın şimalında "Pəncə-Kilid" antiterror əməliyyatı bölgəsində zərərsizləşdirilib.

"Qəhrəman Türkiyə Silahlı Qüvvələrimiz əzm və qətiyyətlə terror yuvalarını məhv etməyə davam edir. "Pəncə-Kilid" anti-terror əməliyyatı bölgəsində üç PKK terrorçusu zərərsizləşdirilib. ", - deyə qeyd olunub.