Türkiyədə Finlandiyanın NATO-ya üzvlük müraciətinə ayrıca baxila bilər

Türkiyədə Finlandiyanın NATO-ya üzvlük müraciətinə ayrıca baxila bilər

Bakı. Trend:

Türkiyə Finlandiyanın NATO-ya üzvlük müraciətinin qəbul edilməsinə münasibət bildirib.

Trend-in məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışı zamanı deyib.

"Lazım gələrsə, Finlandiya ilə bağlı fərqli mesaj verə bilərik. Finlandiya haqqında fərqli bir mesaj verəndə İsveç şoka düşəcək. Lakin Finlandiya eyni səhvləri təkrarlamamalıdır", - deyə R.T.Ərdoğan qeyd edib.

O, həmçinin əlavə edib ki, İsveç NATO-ya üzv olmaq istəyirsə, terrorçuları Türkiyəyə təhvil verməlidir. Onun sözlərinə görə, 120 terrorçunun siyahısı İsveçin baş nazirinə verilib.