Mustafa Şentop Moldova Parlamentinin sədri ilə görüşüb

Mustafa Şentop Moldova Parlamentinin sədri ilə görüşüb

Bakı. Trend:

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Moldova Parlamentinin sədri İqor Qrosu ilə təkbətək, daha sonra isə nümayəndə heyətləri arasında görüş keçirib.

Trend xəbər verir ki, M.Şentop paytaxt Ankarada keçirilən görüşdə Türkiyənin birgə sərhədi olmamasına baxmayaraq Moldovanı qonşusu kimi qəbul etdiyini dilə gətirib.

Moldova ilə əlaqələri Strateji Tərəfdaşlıq çərçivəsində gücləndirmək istədiklərini vurğulayan M.Şentop Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilməsi planlaşdırılan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ikinci iclasının hərəkətverici və ikitərəfli əlaqələrdə yeni hədəflərin müəyyən edilməsi üçün rol oynayacağını bildirib.

M.Şentop həmçinin Türkiyənin Moldovanın xüsusilə miqrasiya yükünü yüngülləşdirmək üçün humanitar yardımlarını davam etdirəcəyini vurğulayıb.