İŞİD-ə qarşı mübarizə edən yeganə NATO ordusu türk ordusudur - Çavuşoğlu

İŞİD-ə qarşı mübarizə edən yeganə NATO ordusu türk ordusudur - Çavuşoğlu

Bakı. TurkicWorld:

Bu gün İŞİD terror təşkilatına qarşı mübarizə aparan yeganə NATO ordusu Türkiyə ordusudur.

TurkicWorld-un məlumatına görə, bunu Türkiyənin Xarici İşlər Nazii Mövlud Çavuşoğlu deyib.

O qeyd edib ki, ABŞ PKK/YPG ilə əlaqəyə Tramp dövründə deyil, Obama dövründə başlayıb.

“Türk ordusu həm Suriyada, həm də İraqda 4500-dən çox terrorçunu məhv edib. Biz Suriyada DEAŞ terrorçularını məhv edərkən və ya Suriyanın şimalını DEAŞ terrorçularından təmizləyərkən, ABŞ Pompeonun dövründə YPG/PKK ilə birlikdə DEAŞ üzvlərini əvvəlcə avtobusa, sonra da təyyarələrə mindirərək Əfqanıstana göndərdi. Onlar bu gün Əfqanıstanda İŞİD və Əl-Qaidə terror təşkilatlarının törətdikləri hücumlara görə məsuliyyət daşıyırlar.” – deyə Çavuşoğlu vurğulayıb.

Onun sözlərinə görə, NATO-nun ikinci böyük ordusu olan Türkiyə ordusunun imkanlarını hər kəs görür və bilirlər ki, Suriya və İraqın ərazi bütövlüyünü dəstəkləmək üçün 8 min kvadrat kilometr ərazini həm PKK, həm YPG, həm də İŞİD-dən təmizləyən Türkiyə ordusudur.