İstanbulda kilsədə yanğın baş verib

İstanbulda kilsədə yanğın baş verib

Bakı. TurkicWorld:

İstanbulun Beyoğlu rayonunda köhnə kilsədə naməlum səbəbdən yanğın baş verib.

TurkicWorld xəbər verir ki, hadisə yerinə yanğınsöndürmə briqadaları, təcili yardım maşınları və polis göndərilib.

Kilsədə olan 2 nəfər xilas edilərək xəstəxanaya çatdırılıb.

Hadisənin baş vermə səbəbləri araşdırılır.