Bakı, TurkicWorld
Türkiyənin Ege dənizi sahillərində 9-u uşaq olmaqla 32 miqrant saxlanılıb.
TurkicWorld xəbər verir ki, Çimərlik Təhlükəsizlik Şimali Ege Qrup Komandanlığı əməkdaşları, Ege dənizinin şimalında üzən rezin qayığı müəyyən edib.
Bölgəyə göndərilən xilasedicilər miqrantları sahilə çıxarıblar.
Məlumata əsasən xilas edilən miqrantların hamısı Əfqanıstan vətəndaşıdır.
Bütün miqrantların öz ölkələrinə yaxın zamanda göndəriləcəyi bildirilir.