Bakı, TurkicWorld
Türkiyənin maşın ixracatı bütün zamanların illik rekordunu qırıb.
TurkicWorld xəbər verir ki, bu barədə Maşın İxracatçıları Birliyinin verdiyi məlumatda deyilir.
Məlumata əsasən maşınqayırma sənayesinin ixracı 2024-cü ildə 28,3 milyard dollara çataraq bütün zamanların illik rekordunu qırıb.
Ən çox ixrac edilən alt sahələr “məişət və sənaye soyuducu maşınlar”, “daxili yanma mühərrikləri və hissələri”, daha sonra isə “tikinti və mədən maşınları” və “paltaryuyan və qurutma maşınları” olub.
Qeyd edək ki, İxrac ən çox "turbin, turbojet və hidravlik silindrlər" qrupunda artarkən, ən çox azalma "elektrik mühərrikləri və generatorlar"da müşahidə olunub.