Son dəqiqə

Türkiyə Milli Müdafiə Nazirliyi Yaşar Güler

Yaşar Güler Eurofighter təyyarələri ilə bağlı açıqlama verib

Bakı,TurkicWorld

Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülər, Avropa Birliyi istehsalı olan Eurofighter təyyarələrinin alınması ilə bağlı prosesin sonuna yaxınlaşdıqlarını vurğulayıb.

TurkicWorld xəbər verir ki, Türkiyə hərbi müdafiə və əməliyyat qabiliyyətini artırmaq üçün ilk olaraq 12 iyul 2022-ci ildə ABŞ ilə birgə hazırlanacaq F35 layihəsində yeddinci beynəlxalq tərəfdaş oldu.

Türkiyənin məqsədi F16V-nin tədarükü ilə yanaşı, Avropa Birliyi istehsalı olan Eurofighter-i də öz inventarına əlavə etməkdir.

“Almaniyada da müsbət irəliləyişlər olduğunu eşidirik, bunun qısa zamanda yekunlaşacağını düşünürük”,- deyə Güler təyyarələrin tədarükü ilə bağlı verilən suala cavab verib.

Nazir həmçinin F-16 satınalma prosesi ilə bağlı sualı da cavablandırıb.

“F-16-larla bağlı ABŞ-lı dostlarımızla danışıqlar həmişə müsbət inkişaf edib. Anlayış nümayiş etdirirlər, amma hələ sona çatıb imza atmamışıq”, -deyə o bildirib.

Qeyd edək ki, Eurofighter Typhoon Avropa İttifaqı istehsalı olan çoxməqsədli, iki mühərrikli, delta qanadlı döyüş təyyarəsidir.

Mövzuya görə xəbərlər