Bolat Almaniya və İngiltərədə iş adamları ilə görüş keçirəcək

Bolat Almaniya və İngiltərədə iş adamları ilə görüş keçirəcək

Bakı. TurkicWorld:

Türkiyənin ticarət naziri Ömər Bolat 13-14 mart tarixlərində Almaniya və İngiltərədə iş adamları ilə görüş keçirəcək.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyi açıqlayıb.

Məlumata əsasən, Bolat kiçik və orta biznes üçün BMW tərəfindən Berlində keçiriləcək "KOBİA-lar üçün Gələcək Gün 2024" tədbirində iştirak edəcək.

Nazir Bolat Türkiyədə sərmayələri olan alman iş adamları ilə Dəyirmi Masa Toplantısında görüşəcək və özəl sektor nümayəndələri ilə fikir mübadiləsi aparacaq.

Bundan əlavə, Türkiyənin ticarət naziri Londonda İngiltərənin Biznes və Ticarət naziri Kemi Badenoch ilə görüşəcək, burada iki ölkə arasındakı ticarət və investisiya əlaqələrini qiymətləndirəcək. Görüşdən sonra Bolat və Badenoch Türkiyə ilə Böyük Britaniya arasında 2021-ci ildən qüvvədə olan mövcud azad ticarət müqaviləsinin yenilənməsi üçün danışıqlara başlanılacağını açıqlayacaq.

X: Lamanasadli01