Türkiyənin əhalisi 85 milyon 372 min 377 nəfərə çatıb

Türkiyənin əhalisi 85 milyon 372 min 377 nəfərə çatıb

Bakı. TurkicWorld:

Türkiyənin əhalisi 2023-cü ildə bir əvvəlki ilə görə 92 min 824 nəfər artaraq 85 milyon 372 min 377 nəfərə çatıb.

Bu barədə TurkicWorld-a Türkiyə Statistika İnstitutundan (TÜİK) bildirilib.

"Müvafiq olaraq, 2022-ci il etibarilə 85 milyon 279 min 553 olan ölkə əhalisi, keçən il 92 min 824 nəfər artaraq 85 milyon 372 min 377 nəfərə çatıb. Əhalinin kişi sayının göstəricisi 50,1 faiz (42 milyon 734 min 71 nəfər), qadınların sayı isə 49,9 faiz (42 milyon 638 min 306 nəfər) olub. Əhalinin illik artım tempi 2022-ci ildə 7,1 olduğu halda, 2023-cü ildə mində 1,1-ə düşüb. Şəhər və rayon mərkəzlərində yaşayan əhalinin nisbəti 2022-ci ildə 93,4 faiz, 2023-cü ildə isə 93 faiz təşkil edib. Şəhər və kəndlərdə yaşayan əhalinin xüsusi çəkisi 6,6 faizdən 7 faizə yüksəlib",- deyə məlumatda bildirilib.

Türkiyədə yaşayan əcnəbi əhalinin sayı əvvəlki ilə nisbətən 253 min 293 nəfər azalaraq, 1 milyon 570 min 543 nəfərə çatıb. Bu əhalinin 48,6 faizini kişilər, 51,4 faizini isə qadınlar təşkil edib.

Xarici vətəndaşlar çərçivəsində, istinad tarixində etibarlı yaşayış və ya iş icazəsi olan şəxslər, yaşayış icazəsini əvəz edən şəxsiyyəti təsdiq edən sənədi, məsələn, beynəlxalq mühafizə şəxsiyyətini təsdiq edən sənədi və arayış tarixində etibarlı ünvan bəyanatı olan şəxslər, habelə Türkiyə vətəndaşlığından çıxmış istinad tarixi ilə əlaqədar Türkiyə Respublikasında etibarlı bir ünvanı olan mavi kart sahibləri dəyərləndirilib.

Kurs, turizm, elmi araşdırma və bənzər səbəblərlə 90 gündən az viza və ya yaşayış icazəsi olan əcnəbilər və müvəqqəti qoruma statusu ilə ölkədə olan suriyalılar əhaliyə daxil edilməyib.

Aytac Süleymanova

Twitter: a_alieva_