Ərdoğan İsrail və Fələstin arasında sülhü təmin edə bilər - Venesuela prezidenti

Ərdoğan İsrail və Fələstin arasında sülhü təmin edə bilər - Venesuela prezidenti

Bakı. TurkicWorld:

Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail və Fələstin arasında sülhü təmin edə bilər.

TurkicWorld xəbər verir ki, bu barədə Venesuela prezidenti Nikolas Maduro bildirib.

Bundan əlavə, Prezident Maduro İsrail qüvvələrinin fələstinli ailələrin və mülki şəxslərin yaşadığı binaları hədəf almasını pisləyib.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə 700-dən çox adam ölüb, 2 315 nəfər yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.