Kocaelidə partlayış olub

Kocaelidə partlayış olub

Bakı. TurkicWorld:

Kocaelidə yerləşən Derince limanında buğda siloslarından birində naməlum səbəbdən partlayış olub.

TurkicWorld xəbər verir ki, hadisə yerinə çoxlu sayda yanğınsöndürən və təcili tibbi yardım qrupları göndərilib.

İlkin məlumata əsasən, hadisə nəticəsində ikisi ağır olmaqla on nəfər yaralanıb.

Yaralılar xəstəxanaya yerləşdirilib, hadisənin başvermə səbəbi ilə bağlı araşdırma aparılır.

Bundan əlavə, Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən verilən açıqlamada partlayışın Derince limanındakı gəmilərə heç bir mənfi təsir göstərmədiyi bildirilib.

Ləman Əsədli

Twitter:lamanasadli01