Türkiyədə baş verən zəlzələ 7.7 bal gücündə olub - AFAD

Türkiyədə baş verən zəlzələ 7.7 bal gücündə olub - AFAD

Bakı. TurkicWorld:

AFAD, ətraflı seysmoloji araşdırmalardan sonra saat 04:17-də Kahramanmaraşın Pazarcık rayonunda baş verən zəlzələnin maqnitudasını 7,7 bal gücündə olduğunu qeyd edib.

TurkicWorld bu barədə Türkiyə KİV-nə istinadən bildirir.

Xatırladaq ki, bu gün Türkiyənin müxtəlif bölgələrində zəlzələ olub. İndiyədək zəlzələ nəticəsində ölənlərin sayı 280 nəfəri keçib. 2323 nəfər yaralı var.