Qırğızıstanın səfiri və Fransa prezidentinin müşaviri ikitərəfli əməkdaşlığı müzakirə ediblər

Qırğızıstanın səfiri və Fransa prezidentinin müşaviri ikitərəfli əməkdaşlığı müzakirə ediblər

Bakı. TurkicWorld:

Qırğızıstanın Fransadakı səfiri Sadik Şer-Niyaz Yelisey sarayında Fransa prezidentinin diplomatik müşaviri İzabel Dümon ilə görüşüb.

TurkicWorld-un məlumatına görə, görüş zamanı Qırğızıstan və Fransanın ikitərəfli siyasi, ticari, iqtisadi, investisiya, elmi və mədəni qarşılıqlı əlaqələrin mövcud vəziyyəti və gələcək inkişaf dair məsələlər müzakirə olunub.

Bununla yanaşı, səfir bu il Parisdə Qırğızıstan və Fransa sahibkarlarının ilk biznes forumunun keçirilməsi və hüquqi bazanın genişləndirilməsi yolu ilə iqtisadi, mədəni və investisiya əlaqələrinin inkişaf etdirilməsinin zəruriliyinə diqqət çəkib.