Rəşad Cabirli İrandakı səfirliyimizdə baş verən terror hadisəsi ilə bağlı paylaşım edib

Rəşad Cabirli İrandakı səfirliyimizdə baş verən terror hadisəsi ilə bağlı paylaşım edib

Bakı. TurkicWorld:

MÜSİAD Azərbaycanın rəhbəri Rəşad Cabirli Azərbaycanın İrandakı səfirliyində baş verən xain terror hadisəsi ilə bağlı twitter hesabında paylaşım edib.

“Bu gün Azərbaycanın İrandakı Səfirliyinə xain silahlı hücum nəticəsində diplomatik nümayəndəliyimizin mühafizə idarəsinin rəisi Orxan Əsgərov hücumun qarşısını alarkən şəhid olmuşdur. Baş vermiş hadisəni lənətləyir, Allahdan Şəhidimizə rəhmət, yaralılara şəfa diləyirəm.” - deyə Cabirli paylaşımda qeyd edib.