İsveçin baş naziri Türkiyə ilə dialoqu bərpa etmək arzusunda olduğunu bildirib

İsveçin baş naziri Türkiyə ilə dialoqu bərpa etmək arzusunda olduğunu bildirib

Bakı. TurkicWorld:

İsveçin baş naziri Ulf Kristersson çərşənbə axşamı Ankara ilə Stokholm arasında pisləşən münasibətlər fonunda Türkiyə ilə dialoqu bərpa etmək istədiyini açıqlayıb.

TurkicWorld-in məlumatına görə, bu barədə İsveçin baş naziri mətbuat konfransı zamanı deyib.

"İsveç, Finlandiya və Türkiyə arasında NATO-ya üzvlüklə bağlı səmərəli danışıqlara qayıtmaq üçün sakitliyə, düşünməyə çağırmaq istərdik", -deyə o bildirib.

Onun sözlərinə görə, "milli təhlükəsizlik sahəsində bizim Finlandiya ilə ən qısa zamanda NATO-ya daxil olmağımızla bağlı məsələdən daha vacib məsələ yoxdur".