Bakıda "MÜSİAD Azərbaycan" üzvünün mağazalarının açılışı olub

Bakıda "MÜSİAD Azərbaycan" üzvünün mağazalarının açılışı olub

Bakı. TurkicWorld:

Bakıda Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MÜSİAD) Azərbaycanın üzvü olan "Setex Group" şirkətinə məxsus Türkiyənin tanınmış mağazalarının açılışı olub.

TurkicWorld-in məlumatına görə, açılış Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı tərəfindən edilib.

Açılışda həmçinin, MÜSİAD Azərbaycanın idarə heyətinin sədri Rəşad Cabirli, idarə heyətinin üzvləri və Gənc MÜSİAD üzvləri iştirak edib.

"Setex Group" şirkəti 10 marka ve 33 mağaza ilə fəaliyyətini davam etdirir.