...

Ermənistanın səmimiyyətini sözdə deyil, əməldə görmək istəyirik - Çavuşoğlu

Türk Dövlətləri Digər xəbərlər 19 Yanvar 2023 11:21
TurkicWorld Daspina Hasanova
Ermənistanın səmimiyyətini sözdə deyil, əməldə görmək istəyirik - Çavuşoğlu

Bakı. TurkicWorld:

ABŞ dövlət katibi Blinken bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyan səmimidir, lakin biz bunu sözlə deyil, əməllə görmək istəyirik.

TurkicWorld-in məlumatına görə bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Vaşinqtonda səfərdə olarkən türk vətəndaşları ilə görüşü zamanı deyib.

Çavuşoğlu bildirib ki, Türkiyə şərq-qərb orta dəhlizində Azərbaycan, Qazaxıstan və Gürcüstanla üçlü və dördlü mexanizmlər qurub.

"Ümid edirəm ki, Ermənistan da bu prosesdə iştirak edəcək. Yəni sülhə doğru səmimi addımlar atar. Təəssüf ki, biz son vaxtlar danışıqlar istiqamətində bəzi geri addımların şahidi oluruq. Bu gün ABŞ dövlət katibi Blinken bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyan səmimidir, lakin biz bunu sözlə deyil, əməllə görmək istəyirik. Rahatlıqla qardaş, can Azərbaycanın adından da deyə bilərəm. Türkiyə və Azərbaycan normallaşma məsələsində səmimidir", - deyə M. Çavuşoğlu əlavə edib.

Məqalədə:
Xəbərlər

Xəbər lenti