Çavuşoğlu Polşada Türkiyənin Fəxri Baş Konsulluğunun açılışını edib

Çavuşoğlu Polşada Türkiyənin Fəxri Baş Konsulluğunun açılışını edib

Bakı. TurkicWorld:

Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu ATƏT-in Nazirlər Şurası çərçivəsində getdiyi Polşanın Lodz şəhərində Türkiyənin Fəxri Baş Konsulluğunun açılışını edib. TurkicWorld-un məlumatına görə, Lodzdakı nümayəndəlik Türkiyənin Polşadakı 4-cü Baş Konsulluğudur.

Çavuşoğlu qeyd edib ki, yaxın vaxtlarda Polşanın Qdansk şəhərində Türkiyənin 5-ci Baş Konsulluq açılacaq.

“Avropada hal-hazırda müharibə gedir. Bu müharibənin təsirini bütün dünya hiss edir, lakin ən çox Türkiyə və Polşa kimi region ölkələri bu hadisədən əziyyət çəkir. Bu zaman ərzində qaçqın yükü də daxil olmaqla bir çox öhdəlikləri və məsuliyyətləri üzərinə götürmüş Polşaya təşəkkür edirəm”. – nazir dedi.