Türkiyə gəmiləri Ukraynadan ərzaq ixracına davam edəcək - Hulusi Akar

Türkiyə gəmiləri Ukraynadan ərzaq ixracına davam edəcək - Hulusi Akar

Türkiyə bayrağı altında üzən gəmilər Rusiyanın “taxıl sazişi”ndə iştirakının dayandırılmasına baxmayaraq, Ukraynadan ərzaq ixracına davam edəcək.

Trend xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

O bildirib ki, Türkiyə Rusiya limanlarından taxıl və gübrə ixracına başlamaq üçün səylərini davam etdirir.