Türkiyənin yerli qara qutusu hazırlanır

Türkiyənin yerli qara qutusu hazırlanır

Bakı. TurkicWorld:

Türkiyənin Müdafiə Sənayesi Rəyasət Heyətinin koordinasiyası ilə təyyarələr üçün xaricdən gətirilən “qara qutu” və onun ən kritik komponenti olan “toqquşmaya davamlı yaddaş modulu” yerli və milli imkanlarla inkişaf etdiriləcək. TurkicWorld-un məlumatına görə, ASELSAN-ın yerli və milli qaynaqlarla inkişaf etdirməyə başladığı məhsullara həm hərbi platformaların uçuş məlumatlarının təhlükəsizliyi təmin olunacaq, həm də sektorun ehtiyacları daxili qaynaqlarla qarşılanacaq.

"Qara qutu" olaraq da tanınan "Toqquşmaya Dayanıqlı Uçuş Məlumatlarının Qeydiyyatı Sistemi" təyyarəyə inteqrasiya edilərək, baş verə biləcək hər hansı bir qəzadan sonra analiz üçün istifadə olunan məlumat qeyd cihazı kimi xidmət edəcək.

Bu cihazın ən vacib komponenti qəzaya davamlı yaddaş moduludur (CSMU-Crash Survivable Memory Unit). Sözügedən komponent təyyarələrin qəza zamanı baş verə biləcək ən ağır ekoloji şəraitdə (toqquşma, zərbə, yanma, suya batma və s.) zədələnməməli və qara qutunun içindəki məlumatlar oxunmalıdır.