Türkiyənin milli müdafiə naziri Brüsseldə keçiriləcək Müdafiə Nazirləri Toplantısına qatılacaq

Türkiyənin milli müdafiə naziri Brüsseldə keçiriləcək Müdafiə Nazirləri Toplantısına qatılacaq

Bakı. Trend:

Türkiyənin milli müdafiə naziri Hulusi Akar oktyabrın 12-də NATO-nun Brüsseldəki Qərargahında keçiriləcək Müdafiə Nazirləri Toplantısına qatılacaq.

Trend xəbər verir ki, H.Akar iki gün ərzində Baş Qərargahda müxtəlif ikitərəfli görüşlər keçirəcək.

H.Akar NATO-nun baş katibi Yens Stoltenberqlə də görüşəcək.

Müdafiə Nazirləri Toplantısında müdafiə və təhlükəsizlik məsələləri müzakirə olunacaq.