Qazaxıstan rəqəmsal infrastrukturun inkişafı üçün Azərbaycanla əməkdaşlıq edir - Tokayev

Qazaxıstan rəqəmsal infrastrukturun inkişafı üçün Azərbaycanla əməkdaşlıq edir - Tokayev

Bakı. TurkicWorld:

Qazaxıstan rəqəmsal infrastrukturun inkişafı üçün Azərbaycanla əməkdaşlıq edir.

TurkicWorld-un məlumatına görə, bunu Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev deyib.

"Şübhəsiz ki, müasir və inkişaf etmiş infrastruktur olmadan rəqəmsallaşma mümkün deyil. Ona görə də Qazaxıstan beynəlxalq dəhliz və trans-sərhəd məlumat axınları ilə uyğunlaşan rəqəmsal infrastruktur yaradır. Azərbaycanlı tərəfdaşlarla birgə Trans-Xəzər sahəsində dünya trafik mərkəzlərinə qoşulmaq üçün işlər başlamışıq. Söhbət Cənub-Şərqi Asiya və Avropa haqqında gedir", - deyə o bildirib.