Türkiyənin bunkerlərin məhvi üçün nəzərdə tutulmuş ilk bombası Türk Hava Qüvvələrinin istifadəsinə verilib

Türkiyənin bunkerlərin məhvi üçün nəzərdə tutulmuş ilk bombası Türk Hava Qüvvələrinin istifadəsinə verilib

Bakı. TurkicWorld:

Türkiyənin bunkerlərin məhvi üçün nəzərdə tutulmuş ilk bombası “Sığınak delen” Türk Hava Qüvvələri tərəfindən istifadə edilməyə başlanılıb.

TurkicWorld-un məlumatına görə, Makine ve Kimya Endüstrisi AŞ (MKE AŞ) tərəfindən yerli istehsal enerji materialları ilə istehsal edilən 100-dən çox bomba bu ay Türkiyə ordusuna təhvil verilib.

Bunkerlərin məhvi üçün nəzərdə tutulmuş bomba yerüstü və yeraltı hədəflərə qarşı istifadə də nəzərdə tutulub.

“Sığınak delen” bombaları, zərbə sürəti və hədəfə yüksək nüfuzetmə qabiliyyəti, ikinci dərəcəli hədəflərə qarşı yüksək təsiri, müxtəlif hədəf tiplərinə qarşı istifadəsi və proqramlaşdırıla bilinən atəş vaxtları ilə istifadə edilə bilər.