İstanbul Hava Limanı Avropanın ən işlək hava limanları arasında birinci yeri tutub

İstanbul Hava Limanı Avropanın ən işlək hava limanları arasında birinci yeri tutub

Bakı. TurkicWorld:

İstanbul Hava Limanı 8-14 Avqust dövrü ərzində gündəlik orta hesabla 1332 uçuşla Avropanın ən işlək hava limanları arasında birinci yeri tutub. TurkicWorld-un məlumatına görə, bunu, Türkiyənin Mülki Aviasiya Baş İdarəsi (SHGM) Avropa Hava Naviqasiya Təhlükəsizliyi Təşkilatının (EUROCONTROL) həftəlik məlumatlarına əsasənm sosial media hesabından bildirib.

Məlumata görə, İstanbul Hava Limanını sıra ilə Paris Şarl de Qoll, Amsterdam, Frankfurt və London Hitrou hava limanları izləyib.

Qeyd edək ki, siyahıya əsasən Türk Hava Yolları (THY) isə gündəlik ortalama 1488 uçuşla ən çox uçuş həyata keçirən hava yolları arasında üçüncü yer utub.