İstanbul Hava Limanında bu gün yeni rekord qeydə alınacaq

İstanbul Hava Limanında bu gün yeni rekord qeydə alınacaq

Bakı. TurkicWorld:

İstanbul Hava Limanında gündəlik reyslər və sərnişinlərin sayına görə yeni rekord qeydə alınacaq. TurkicWorld-un məlumatına görə, bu gün daxili və beynəlxalq xətlərdə həyata keçiriləcək 1422 reys ilə hava limanına təxminən 230 min sərnişinin səyəhət etməsi gözlənilir.

Qeyd edək ki, 29 oktyabr 2018-ci ildə açılan İstanbul Hava Limanında bu zamana qədər ən çox reys və sərnişin sayı may ayında qeydə alınıb.

May ayında hava limanında 1324 uçuş həyata keçirilib və bu uçuşlarla limandan cəmi 214 min 515 sərnişin istifadə edib.