Türkiyədə qeydiyyata alınan Fiat markalı avtomobillərin sayı 6 mini ötüb

Türkiyədə qeydiyyata alınan Fiat markalı avtomobillərin sayı 6 mini ötüb

Bakı. TurkicWorld:

2022-ci ilin may ayında Türkiyədə 6 min 879 Fiat markalı avtomobil qeydiyyata alınıb ki, bu da ümumilikdə qeydiyyata alınan avtomobillərin 12,8 faizini təşkil edir.

Bu barədə TurkicWorld Türkiyə Statistika İnstitutuna (TUİK) istinadən xəbər verir.

Qeyd edək ki, 2022-ci ilin may ayında Türkiyədə qeydiyyata alınan avtomobillərin sayı keçən ilin eyni dövrü ilə müqayisədə 46,6 faiz artaraq 112 min 709 olub.

Hesabat dövründə Türkiyədə qeydiyyata alınan avtomobillərin ümumi sayında minik avtomobilləri 41,4 faiz, mikroavtobus və yük avtomobilləri 12,1 faiz, motosikletlər 40 faiz, traktorlar 5,8 faiz, digər nəqliyyat vasitələri isə 0,7 faiz təşkil edib.

Xatırladaq ki, Türkiyə avtomobil istehsalına görə Avropada altıncı yerdədir. Ölkədə TOGG, Ford, FIAT, Renault, Toyota, Honda, Opel, Hyundai, Mercedes-Benz və MAN markalı avtomobillər yığılır. Bundan əlavə, Türkiyədə BMC, Temsa və Otokar adı altında yerli marka avtobuslar da istehsal olunur.