Rusiyanın loukoster aviaşirkəti Bakıya uçuşları bərpa edib

Rusiyanın loukoster aviaşirkəti Bakıya uçuşları bərpa edib

Bakı. TurkicWorld:

Rusiyanın "Azimut" loukoster aviaşirkəti Həştərxan-Bakı-Həştərxan marşrutu ilə reysləri bərpa edib.

TurkicWorld bu barədə şirkətə istinadən məlumat verir.

Qeyd olunur ki, mayın 30-dan etibarən reyslər həftədə iki dəfə, bazar ertəsi və cümə günləri həyata keçiriləcək.

Təyyarə Bakıya saat 14:10-da eniş edəcək, Həştərxana isə saat 15:10-da yola düşəcək.

Xatırladaq ki, "Azimut" Mineralnıye Vodı və Soçidən Azərbaycana uçuşlar təşkil edir.