Xocasəndəki qatar deposu və metro stansiyası ilin sonuna kimi istifadəyə verilə bilər

Xocasəndəki qatar deposu və metro stansiyası ilin sonuna kimi istifadəyə verilə bilər

Bakı. TurkicWorld:

Bu ilin sonuna kimi Xocasəndə inşa olunan qatar deposu və metro stansiyası istifadəyə verilə bilər.

TurkicWorld-un məlumatına görə, bunu "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Hidayət Məmmədov deyib.

O bildirib ki, hazırda stansiyada tikinti işləri davam etdirilir.

"Aparılan tikinti-quraşdırma işlərinin ilin sonuna qədər başa çatacağı və bu ilin sonuna qədər qatar deposu və yerüstü stansiyanın istifadəyə verilməsi gözlənilir", - H.Məmmədov bildirib.