...

Həştərxanla Bakı arasında birbaşa uçuşlar başlayacaq

Nəqliyyat Digər xəbərlər 10 May 2022 14:51
TurkicWorld Daspina Hasanova
Həştərxanla Bakı arasında birbaşa uçuşlar başlayacaq

Bakı. TurkicWorld:

İyun ayından Rusiyanın Həştərxan şəhəri ilə Bakı arasında birbaşa uçuşlar işə düşəcək.

TurkicWorld-un məlumatına görə, bunu vilayətin qubernatoru İqor Babuşkin öz "Telegram" kanalında yazıb.

Qubernator bildirib ki, reyslər həftədə iki dəfə Rusiyanın "Azimut" avişirkəti tərəfindən həyata keçiriləcək.

Bundan başqa, qeyd olunub ki, Bakıda Həştərxan vilayətinin firma mağazalarının açılması planlaşdırılır.

Məqalədə:
Xəbərlər

Xəbər lenti