Türkiyə Rusiyadan Suriyaya uçan təyyarələr üçün hava məkanını bağlayıb

Türkiyə Rusiyadan Suriyaya uçan təyyarələr üçün hava məkanını bağlayıb

Bakı. TurkicWorld:

Türkiyə Rusiyadan Suriyaya uçan təyyarələr üçün hava məkanını bağlayıb.

TurkicWorld yerli KİV-ə istinadla xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Onun sözlərinə görə, hava məkanı həm hərbi, həm də mülki aviasiya üçün bağlanıb. Nazir qeyd edib ki, sözügedən uçuşlar üçaylıq icazələr əsasında həyata keçirilib.

"Aprelə qədər verilmiş icazə vaxtı bitib. Hazırda uçuşlar dayandırılıb", - M.Çavuşoğlu vurğulayıb.