Türkiyədə yeni aviaşirkət fəaliyyətə başlayacaq

Türkiyədə yeni aviaşirkət fəaliyyətə başlayacaq

Bakı. TurkicWorld:

Türkiyədə may ayının sonlarında yeni aviaşirkət fəaliyyətə başlayacaq.

TurkicWorld bu barədə Türkiyə KİV-lərinə istinadən xəbər verir.

Məlumata əsasən, "Southwind" adı almış aviaşirkət rusiyalı turistlərin Türkiyənin kurort zonalarına daşınması ilə məşğul olacaq.

İlk mərhələdə aviaşirkət 5 ədəd "Airbus" təyyarəsi ilə təmin olunacaq.