...

Azərbaycanın azad olunmuş torpaqlarına səfər zamanı avtobuslarda bələdçilər olacaq

Nəqliyyat Digər xəbərlər 19 Yanvar 2022 12:41
TurkicWorld Mustafa Askerbeyli
Azərbaycanın azad olunmuş torpaqlarına səfər zamanı avtobuslarda bələdçilər olacaq

Yanvarın 24-dən etibarən Ağdam və Şuşaya müntəzəm avtobus marşurutları təşkil olunacaq.

TurkicWorld-un sorğusuna cavab olaraq Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən bildiriblər ki, müəyyən edilmiş istiqamətlər üzrə səfər zamanı sərnişinlər bələdçilər tərəfindən müşayiət olunacaq.

Qeyd edək ki, 24 yanvar tarixindən etibarən Bakı-Şuşa və Bakı-Ağdam istiqamətində müntəzəm avtobus marşrutları istifadəyə veriləcək. Bakı-Şuşa-Bakı marşrutunun birtərəfli qiyməti 10.40 manat, Bakı-Ağdam-Bakı marşrutunun birtərəfli qiyməti 9.40 manat təşkil edəcək. Həmçinin yanvarın 24-dən Əhmədbəyli-Şuşa, Füzuli Beynəlxalq Hava Limanı-Şuşa, Bərdə-Ağdam istiqamətində də marşrutlar açılacaq.İşğaldan azad edilmiş ərazilərə sərnişin marşrutlarına biletləri “Yolumuz Qarabağa” portalından əldə etmək olacaq. Vətəndaşlar portala daxil olduqdan sonra "ASAN login" vasitəsilə bilet ala biləcəklər.

Məqalədə:
Xəbərlər

Xəbər lenti