Azərbaycan və Qırğızıstan nəqliyyat sahəsində saziş imzalamağı planlaşdırır

Azərbaycan və Qırğızıstan nəqliyyat sahəsində saziş imzalamağı planlaşdırır
Azərbaycan və Qırğızıstan nəqliyyat sahəsində hökumətlərarası saziş imzalamağı planlaşdırır. TurkicWorld-un məlumatına görə bunu Trend-ə Qırğızıstanın Azərbaycandakı səfiri Kayrat Osmonaliyev deyib. O bildirib ki, Qırğızıstanın Nəqliyyat və Kommunikasiyalar Nazirliyi ilə Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndələri arasında keçirilmiş videokonfrans zamanı beynəlxalq avtomobil və hava əlaqəsi barədə hökumətlərarası saziş layihələri, Bakı-Bişkek aviareysinin bərpası, eləcə də nəqliyyat kommunikasiyaları sahəsində əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub: "Eyni zamanda biz avtomobil nəqliyyatı ilə ikitərəfli tranzit daşımalarına icazə blanklarına tətbiq olunan kvotanın artırılması, Azərbaycan tərəfi ilə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi sahəsində təcrübə mübadiləsi məsələlərini müzakirə etmişik". Səfir əlavə edib ki, bu cür əməkdaşlıq mexanizminin Azərbaycan və Qırğızıstanın digər strukturları arasında da yaradılması planlaşdırılır.