THY mülki aviasiya bazarında liderlərdən biridir

THY mülki aviasiya bazarında liderlərdən biridir

Türk mülki aviasiyasının flaqmanı THY "COVID-19" pandemiyası zamanı ən çox reys həyata keçirən aviaşirkətlər arasındadır.

TurkicWorld xəbər verir ki, bu barədə "Boeing"in qlobal aviasiya sənayesinin hazırkı bazar perspektivləri ilə bağlı hesabatında deyilir.

"Boeing Turkey" şirkətinin baş direktoru Aişem Sarqın Türkiyənin mülki aviasiya sektorunun son on ildə digər bazarlara nisbətən daha sürətli inkişaf etdiyini bildirib.

Onun sözlərinə görə, aviasiya sektoru pandemiyadan ən çox təsirlənən sahələrdən biridir ki, bu dövrdə avia daşımalarda kütləvi azalma olub.

"Avropa Naviqasiya Təhlükəsizliyi Təşkilatının (EUROCONTROL) məlumatına əsasən, THY bu çətin dövrdə belə bölgədə ən çox uçuş həyata keçirən aviaşirkətlər arasında idi", - baş direktor qeyd edib.