Naxçıvan əhalisi yardım üçün Türk konsulluğuna axışır

Naxçıvan əhalisi yardım üçün Türk konsulluğuna axışır

Bakı. TurkicWorld:

Türkiyədə baş vermiş zəlzələdən zərər çəkmiş insanlara Naxçıvan Muxtar Respublikasının sakinləri də yardım etməyə başlayıblar.

TurkicWorld xəbər verir ki, Naxçıvan əhalisi yardım üçün Türk konsulluğuna axın edir.

Xatırladaq ki, ötən gün Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Zəlzələ nəticəsində ölənlərin sayı 3432 nəfərə çatıb, daha 21 103 nəfər yaralanıb.

Türkiyədə 7 günlük matəm elan olunub.